Ucnoqta.az
www.ucnoqta.az

"Barselona" Super Liqadan çəkilir

16:49 - 4 Oktyabr 2025 tarixində dərc olunub.

İspaniyanın "Barselona" futbol klubunun rəhbərliyi Superliqa layihəsindən çəkilmək qərarına gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə RAC1 radio şəbəkəsi məlumat yayıb.
Məlumata görə, bu qərara Çempionlar Liqasının yeni formatı təsir edib və bu, klubun gəlirlərini artırıb.

Buna görə də, Barselona yeni turnirin arxasınca getməyin mənasını görmür.

Müəllif: Ucnoqta.az redaksiyası