Zaqatalada məhkəmə binasının önündə söyüş söyən cərimələnib.
Ucnoqta.az xəbər verir ki, 33 yaşlı rayon sakini Mehdi İsrafilov (ad və soyad şərtidir) rayon məhkəməsinin qarşısında uca səslə söyüş söyüb. Bu zaman yaxınlıqda xidmətdə olan polis əməkdaşları ona irad bildiriblər. Lakin Mehdi əvvəlcə polisin qanuni tələbinə məhəl qoymayıb.
Bu əməllərinə görə, ona İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis və hərbçinin tələbinə tabe olmamaq) maddələri ilə protokol tərtib olunub.
Təqsiriləndirilən şəxs ifadəsində bildirib ki, sözügedən əməli sərxoş halda törədib. Özü qara ciyə sirrozundan əziyyət çəkir və əməlindən peşmandır.
Zaqatala rayon Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Mehdir İsrafilov barəsində 200 manat inzibati cərimə cəzası təyin edilib.