Ucnoqta.az
www.ucnoqta.az

Sidneydə helikopter qəzaya uğrayıb

10:31 - 3 Oktyabr 2025 tarixində dərc olunub.

Sidneyin qərbindəki Bankstaun aerodromunun yaxınlığında yüngül motorlu helikopter qəzaya uğrayıb.

Ucnoqta.az bildirir ki, Yeni Cənubi Uels polisi hadisə barədə məlumat verib.

Agentliyin məlumatına görə, qəza yerli vaxtla 13:30-da baş verib. Helikopterdə iki nəfər olub. Biri hadisə yerində ölüb, digəri isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Müəllif: Ucnoqta.az redaksiyası