Ucnoqta.az
www.ucnoqta.az

Əgər başqa ölkələr nüvə sınaqları keçirsə, ... - Putindən açıqlama

23:14 - 2 Oktyabr 2025 tarixində dərc olunub.

Rusiya görür ki, müəyyən ölkələr nüvə sınaqları hazırlayır və əgər reallıqda bunu edərlərsə, eyni şəkildə cavab verəcəklər.

Ucnoqta.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Valday Konfransının plenar iclasında deyib.

"Kimsə bu sınaqları hazırlayır. Biz bunu görürük, bilirik. Əgər onlar baş versə, biz də eyni şeyi edəcəyik", - Rusiya lideri bildirib.

Rusiya öz nüvə qalxanına arxayındır və bundan sonra nə edəcəyini bilir, Rusiya prezidenti Vladimir Putin deyib.

Müəllif: Ucnoqta.az redaksiyası