Ucnoqta.az
www.ucnoqta.az

Əməliyyat zamanı qəqs edən həkim yenidən işə başlayıb? - VİDEO

23:10 - 2 Oktyabr 2025 tarixində dərc olunub.

Saxta həkim olduğu deyilən “Uğur-777” estetik klinikasında etdiyi estetik əməliyyat zamanı qeyri-etik görüntüləri yayılan Gülbadə Abdullayevanın yenidən fəaliyyətə başlamasına dair iddialar yayılıb.

Ucnoqta.az xəbər verir ki, sosial şəbəkələrdə “Dr. Gülü” kimi tanınan Gülbadə Abdulayevanın məlum hadisələrdən sonra indi də “Dost” estetik mərkəzində çalışdığı haqda video kadrlar yayılıb.

G.Abdullayeva özü də bunu təsdiqləyib, lakin hələ ki cərrah kimi fəaliyyətə başlamadığını bildirib.

Xatırladaq ki, Səhiyyə Nazirliyi sözügedən görüntülərlə bağlı araşdırmalar aparmışdı. Bildirilmişdi ki, Gülbadə Abdullayevanın adı Nazirliyin tibb işçilərinin vahid reysterində yoxdur. Onun tibbi fəaliyyət göstərmək səlahiyyəti mövcud deyil. 

Ətraflı “Xəzər Xəbər”in videomaterialında:

Müəllif: Ucnoqta.az redaksiyası