Ucnoqta.az
www.ucnoqta.az

Aİ liderləri Gürcüstanla münasibətləri bərpa etməyə hazır olduqlarını bildiriblər - Kobaxidze

19:54 - 2 Oktyabr 2025 tarixində dərc olunub.

Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, Aİ liderləri onunla Avropa Siyasi Birliyinin sammiti çərçivəsində şəxsi söhbətlərində münasibətlərin bərpası üçün müzakirələrə hazır olduqlarını bildiriblər.

Ucnoqta.az xəbər verir ki, Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
"Mənim 30-dan çox liderlə danışmaq imkanım oldu. Hamı ilə milli maraqlarımızı, Gürcüstan-Aİ münasibətlərinə yenidən baxmağın zəruriliyini və perspektivləri müzakirə etdik. Maraqlıdır ki, bəzi liderlər əlaqələrimizə yenidən baxmağa və Gürcüstanın Avropa İttifaqına daxil olmaq istəyi ilə bağlı bütün məsələlər üzrə açıq müzakirələrə hazır olduqlarını bildirdilər, bu, çox yaxşı əlamət idi”, -baş nazir bildirib.

Baş nazirin qeyd etdiyi kimi, cümə axşamı Kopenhagendə keçirilən görüşlərdə gürcü tərəfi belə açıq və şəffaf müzakirələrə tam hazır olduğunu bildirib.

Onun sözlərinə görə, bu, Gürcüstanla Avropa İttifaqı arasında münasibətlərin yaxşılaşması üçün mütləq lazımdır.

Müəllif: Ucnoqta.az redaksiyası