Ucnoqta.az
www.ucnoqta.az

Ötən gün 45 cinayətin üstü açılıb - DİN

10:08 - 2 Oktyabr 2025 tarixində dərc olunub.

 Oktyabrın 1-də ölkə ərazisində qeydə alınan 31, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 39, o cümlədən borclu şəxs qismində axtarışda olan 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

 Narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.

Müəllif: Ucnoqta.az redaksiyası