Ucnoqta.az
www.ucnoqta.az

Biləsuvarda evdə meyit tapılıb

09:20 - 2 Oktyabr 2025 tarixində dərc olunub.

Biləsuvar rayonunda bir nəfər evində ölü tapılıb.

APA-nın verdiyi xəbərə görə, hadisə oktyabrın 1-də Biləsuvar şəhəri ərazisində baş verib.

Rayon sakini 1977-ci il təvəllüdlü Sabir Qurbanovun meyiti yaşadığı mənzildə aşkarlanıb.

Meyit aidiyyəti üzrə təhvil verilib. Ölümün dəqiq səbəbləri ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası