Ucnoqta.az
www.ucnoqta.az

İlham Əliyev Danimarkaya səfərə gedib - FOTO

18:59 - 1 Oktyabr 2025 tarixində dərc olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 1-də Danimarkanın Baş naziri Mette Frederiksenin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında iştirak etmək üçün bu ölkəyə işgüzar səfərə gedib.

Ucnoqta.az xəbər verir ki, Kopenhagen şəhərinin beynəlxalq aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər qarşılayıblar.

Müəllif: Ucnoqta.az redaksiyası