Ucnoqta.az
www.ucnoqta.az

İsrail Qəzzanı Şimal və Cənuba bölərək Netzarim dəhlizini ələ keçirib

18:33 - 1 Oktyabr 2025 tarixində dərc olunub.

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının qərbində yerləşən Netzarim dəhlizinə nəzarəti ələ keçirərək, zolağı şimal və cənub hissələrə bölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats bildirib.
"İD Qəzzə zolağının qərbindəki Netzarim dəhlizinin ələ keçirilməsini tamamladı, Qəzzanı şimala və cənuba böldü. Bu, Qəzzə şəhərinin mühasirəsini gücləndirəcək və onu cənuba tərk edən hər kəs İDF-nin nəzarət-buraxılış məntəqələrindən keçmək məcburiyyətində qalacaq"- o əlavə edib.

Katz vurğulayıb ki, İD istənilən ehtimala hazırdır və bütün girovlar qaytarılana və HƏMAS tərksilah edilənə qədər əməliyyatı davam etdirmək əzmindədir. Bu, Qəzza zolağında "müharibənin dayandırılmasına töhfə verəcək", o, yekunlaşdırıb.

Müəllif: Ucnoqta.az redaksiyası