Ucnoqta.az
www.ucnoqta.az

Əfqanıstanda İnternetə çıxış qismən bərpa edilib

17:47 - 1 Oktyabr 2025 tarixində dərc olunub.

Əfqanıstanda internet bağlantısı qismən bərpa edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə NetBlocks beynəlxalq internet monitorinq xidməti məlumat yayıb.

"Real vaxt rejimində şəbəkə məlumatları Əfqanıstanda internet bağlantısının qismən bərpa olunduğunu göstərir", - xidmətin X-də dərc olunan bəyanatında deyilir.

Amu TV mənbələrə istinadən daha əvvəl məlumat vermişdi ki, Kabil hava limanı internet kəsilməsi səbəbindən bütün reysləri ləğv etmək məcburiyyətində qalıb.

Aeroport işçilərinə fiber-optik internet çıxışını bağlamaq planları barədə əvvəlcədən məlumat verilməyib. “Khaama Press” agentliyinin məlumatına görə, yüzlərlə sərnişin Dubay hava limanında Əfqanıstana uçuş gözləyənlərdir.

Müəllif: Ucnoqta.az redaksiyası