Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda klub prezidenti futboldan uzaqlaşdırıldı

17:10 - 1 Oktyabr 2025 tarixində dərc olunub.

Azərbaycan II Liqasında çıxış edən “Şəki Siti” klubunun prezidenti Elgün Hüseynov 6 ay müddətinə futbolla bağlı fəaliyyətdən məhrum edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.

O, bəzi futbolçuların sənədlərini düzgün təqdim etmədiyinə görə bu cəzanı alıb.

Müəllif: Ucnoqta.az redaksiyası