Ucnoqta.az
www.ucnoqta.az

Naxçıvanda yanğın olub

16:52 - 1 Oktyabr 2025 tarixində dərc olunub.

Naxçıvanın Tumbul kəndində həyətyanı sahədə baş vermiş yanğın nəticəsində aşağı təzyiqli yerüstü və yeraltı polietilen qaz kəməri zədələnib.

Ucnoqta.az xəbər verir ki, hadisədən dərhal sonra təhlükəsizlik səbəbilə ərazidə 583 abonentin qaz təchizatı dayandırılıb. Bərpa işlərinin qısa müddətdə yekunlaşdırılması planlaşdırılır və tamamlandıqdan sonra sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.

Müəllif: Ucnoqta.az redaksiyası