Ucnoqta.az
www.ucnoqta.az

Avropa Komissiyası Ukraynaya 4 milyard avroluq yeni tranş ayırıb

15:05 - 1 Oktyabr 2025 tarixində dərc olunub.

Avropa Komissiyası (AK) Ukraynaya 4 milyard avroluq yeni tranş ayırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə press-relizdə məlumat verilib.

“Avropa Komissiyası Ukraynaya 4 milyard avro məbləğində müstəsna makromaliyyə yardımının (XİN) doqquzuncu tranşını ayırıb”, - sənəddə deyilir.

Bu məbləğ dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərdən ayrılır. AK-nin bəyanatına görə, vəsait müdafiə sektorunu dəstəkləmək üçün nəzərdə tutulub ki, bunun da 2 milyard avrosu dronlara ayrılacaq.

Rusiyanın Avropada dondurulmuş suveren aktivlərinin əksəriyyəti – 200 milyard avrodan bir qədər çoxu – Belçikadakı Euroclear depozitarında bloklanıb.

Müəllif: Ucnoqta.az redaksiyası