Ucnoqta.az
www.ucnoqta.az

Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanılıb

10:28 - 1 Oktyabr 2025 tarixində dərc olunub.

Sentyabrın 30-da ölkə ərazisində qeydə alınan 77, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 93, o cümlədən borclu şəxs qismində axtarışda olan 60 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 40 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.

Müəllif: Ucnoqta.az redaksiyası