Ucnoqta.az
www.ucnoqta.az

Durov Fransada həbsxana şəraitindən danışdı

07:40 - 1 Oktyabr 2025 tarixində dərc olunub.

Ən avtoritar dövlətlər də texnoloji şirkətlərin baş direktorlarına belə münasibət göstərmirlər

Ucnoqta.az xəbər verir ki, "Teleqram"ın həmtəsisçisi Pavel Durov Leks Fridman ilə müsahibəsində həbsxana şəraitindən danışarkən deyib.

"Dar çarpayılı və beton döşəməli kiçik, pəncərəsiz hücrə. Bu, təkadamlıq kameraya bənzəyirdi. O, bunu gözləmədiyini də söylədi: axı, hətta ən avtoritar dövlətlər də texnoloji şirkətlərin baş direktorlarına belə münasibət göstərmirlər" - Durov qeyd edib.

Pavel Durov 2024-cü il avqustun 24-dən 28-dək dörd gün Fransada həbsdə saxlanılıb, bundan sonra zaminə buraxılıb.

Müəllif: Ucnoqta.az redaksiyası