Ucnoqta.az
www.ucnoqta.az

Kannavaro futbol üzrə Özbəkistan millisini çalışdıra bilər

18:15 - 30 Sentyabr 2025 tarixində dərc olunub.

Özbəkistan Futbol Federasiyası italiyalı Fabio Kannavaro ilə əlaqə saxlayıb və onun milli komandaya baş məşqçi təyin olunması ilə bağlı onunla danışıqları davam etdirir.

Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano sosial şəbəkədəki səhifəsində məlumat verib.

Kannavaronun 52 yaşı var. O, məşqçilik karyerası ərzində İtaliyanın “Udineze” və “Benevento”, Səudiyyə Ərəbistanının “Əl-Nassr”, Çinin “Quançjou” və “Tyanjin” klublarında, son olaraq isə Zaqreb “Dinamo”sunda çalışıb.
Bir oyunçu kimi Kannavaro 2006-cı ildə “Qızıl top”u qazanıb.
Elə həmin il İtaliya millisi ilə Dünya Çempionu oldu. Klub səviyyəsində Kannavaro İtaliyanın “Napoli”, “Parma”, “İnter” və “Yuventus”, İspaniyanın “Real” və BƏƏ-nin “Əl Əhli” klublarında çıxış edib.

Özbəkistan millisi ilk dəfə 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatında çıxış edəcək.

Müəllif: Ucnoqta.az redaksiyası