Ucnoqta.az
www.ucnoqta.az

Deputatlar payız sessiyasına toplanır

08:46 - 30 Sentyabr 2025 tarixində dərc olunub.

Bu gün Milli Məclisin 2025-ci il payız sessiyası işinə başlayır.

Sessiyanın ilk plenar iclasının gündəliyinə 12 məsələ daxil edilib.

Qeyd edək ki, parlamentin Daxili Nizamnaməsinə əsasən, payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.

Müəllif: Ucnoqta.az redaksiyası