Ucnoqta.az
www.ucnoqta.az

Məşhur futbol stadionu söküləcək

08:43 - 30 Sentyabr 2025 tarixində dərc olunub.

"İnter" və "Milan"ın yer aldığı "San Siro" stadionu söküləcək.

Ucnoqta.az bildirir ki, bu barədə jurnalist Tankredi Palmeri sosial şəbəkədəki səhifəsində məlumat verib.

Milan Şəhər Şurası stadionun "Milan İnter" və "Milan"a satılması barədə qərar qəbul edib. Palmerinin sözlərinə görə, klublar stadionu sökəcəklər.
İtaliyanın “İl Messaggero” qəzeti yazır ki, 2032-ci il Avropa çempionatı üçün daha müasir və funksional obyekt tikiləcək.

"San Siro" stadionu 1926-cı ildə tikilib və iki dəfə (1956, 1989) təmir olunub. O, 80.000-dən çox tamaşaçı qəbul edə bilər.
Stadionda 1934 və 1990-cı il Dünya Kuboklarının, 1980-ci il Avropa Çempionatının, iki Avropa Kubokunun finalı və iki Çempionlar Liqasının final mərhələsinin oyunları keçirilib.

6 fevral 2026-cı ildə San Siroda Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.

Müəllif: Ucnoqta.az redaksiyası