Ucnoqta.az
www.ucnoqta.az

FİFA U-20 DÇ-də ABŞ yığması 9-1 hesabı ilə qalib gəlib

08:28 - 30 Sentyabr 2025 tarixində dərc olunub.

FİFA U-20 dünya çempionatının qrup mərhələsinin ilk turunda ABŞ Yeni Kaledoniya yığmasını 9:1 hesabı ilə məğlub edib.

Ucnoqta.az xəbər verir ki, turnir Çilidə keçirilir.

ABŞ yığması E qrupunun turnir cədvəlinə başçılıq edirlər. Qrupun digər oyununda Fransa Cənubi Afrikanı 2-1 hesabı ilə məğlub edib.

İkinci turda amerikalılar Fransa ilə qarşılaşacaq. Yeni Kaledoniya isə Cənubi Afrika ilə qarşılaşacaq.

Gənclər arasında dünya çempionatı oktyabrın 19-da başa çatır. Turnirdə altı qrupa bölünərək 24 komanda iştirak edir. Hər qrupdan ilk iki yeri tutan komanda, ən yaxşı göstəricilərə malik dörd üçüncü yeri tutan komanda ilə birlikdə 1/8 finala yüksələcək.

Uruqvay hazırkı turnir çempionudur.

Müəllif: Ucnoqta.az redaksiyası