Ucnoqta.az
www.ucnoqta.az

Dünyanın ən hündür körpüsü açıldı

00:17 - 30 Sentyabr 2025 tarixində dərc olunub.

Çinin cənub-qərbində dünyanın ən hündür körpüsü açılıb.

Ucnoqta.az xəbər verir ki, Sinxua agentliyinin məlumatına görə, tikintisi üç il çəkmiş körpü “yerdəki çat” kimi tanınan Huajiang dərəsindən 625 metr hündürlükdə yerləşir.

Əsas aralığın uzunluğu 1420 metrdir, bu da dağlıq ərazidə körpülər üçün rekorddur.

Agentlik bildirir ki, dərənin iki tərəfi arasında səyahət vaxtı iki saatdan təxminən iki dəqiqəyə enəcək.

Müəllif: Ucnoqta.az redaksiyası