Ucnoqta.az
www.ucnoqta.az

HƏMAS Qəzza ilə bağlı ABŞ-dan hər hansı yeni təklif almadığını açıqlayıb

00:00 - 30 Sentyabr 2025 tarixində dərc olunub.

Fələstinin HƏMAS hərəkatı hələ də Qəzza zolağında ABŞ-dan hər hansı yeni atəşkəs təklifi almayıb.

Ucnoqta.az xəbər verir ki, HƏMAS Siyasi Bürosunun üzvü Mahmud Mərdavi deyib. Bununla belə, HƏMAS radikalları mətbuatda yayılan məlumatlara əsaslanaraq belə qənaətə gəlirlər ki, ABŞ prezidenti Donald Trampın planı İsrailyönlü xarakter daşıyır.

“Nə HƏMAS, nə də digər Fələstin qrupları hələ rəsmi olaraq Qəzza ilə bağlı ABŞ-nin yeni təklifini almayıb.
Biz onun varlığını yalnız açıq bəyanatlarından sonra öyrəndik, lakin gördüklərimizdən belə nəticəyə gələ bilərik ki, bu plan İsrailin danışıqlar mövqeyinə son dərəcə yaxındır”, – Qətərin “Əl-Cəzirə” telekanalı Mərdavidən sitat gətirib.

Müəllif: Ucnoqta.az redaksiyası