Ucnoqta.az
www.ucnoqta.az

Tramp Qərb ölkələrinin Fələstin dövlətini tanımaq qərarını qınayıb

23:29 - 29 Sentyabr 2025 tarixində dərc olunub.

ABŞ prezidenti Donald Tramp bir sıra Qərb ölkələrinin Fələstin dövlətini tanımaq qərarını ağılsızlıq adlandırıb.

Ucnoqta.az xəbər verir ki, ABŞ lideri İsrailin baş naziri Binyamin Netanyahu ilə Vaşinqtonda görüşdən sonra birgə mətbuat konfransında deyib:
"Ancaq insanlar sülhə qayıtmaq istəyirlər. Onlar normal həyat tərzinə qayıtmaq istəyirlər. Əslində, bir neçə ölkə ağılsızcasına Fələstin dövlətini tanıdı. Bildiyiniz kimi, bizim bəzi avropalı dostlarımız, müttəfiqlərimiz, yaxşı insanlar var".

Eyni zamanda, ABŞ baş naziri İsrailin sülhə can atdığına tam əminliyini ifadə edib. "İsrail xalqı bunu istəyir. Onlar bunu həqiqətən istəyirlər", - Tramp bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası