Ucnoqta.az
www.ucnoqta.az

Çay stəkanına tüpürən qız DANIŞDI - VİDEO

23:18 - 29 Sentyabr 2025 tarixində dərc olunub.

Qız müştəriyə çay verməzdən əvvəl stəkana tüpürür və bunu telefona çəkir.

Ucnoqta.az Xəzər TV-yə istinadən bildirir ki, Şəki şəhərində fəaliyyət göstərən "Azra" şirniyyat evinin xanım əməkdaşının müştərilərə qarşı qeyri-etik hərəkət etməsi ilə bağlı görüntülər yayılıb.

Müzakirələrə səbəb olan videodakı qız "Xəzər Xəbər"ə danışıb. O, bunu rəfiqələrinə zarafat məqsədi ilə etdiyini bildirib.

Məsələ ilə bağlı sözügedən şirniyyat evi ilə əlaqə saxladıq. Obyektin rəhbəri Etibar Nəsibov məsələdən xəbərdar olan kimi həmin şəxsin töhmət verilərək işdən çıxarıldığını bildirib.

DİN-in Mətbuat xidmətinin Regional Qrupundan sorğumuza cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan videogörüntülərlə bağlı Şəki polis şöbəsində  təhqiqat aparılır.

Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ucnoqta.az redaksiyası