Ucnoqta.az
www.ucnoqta.az

Madaqaskarda iğtişaşlarda azı 22 nəfər ölüb, 100-dən çox yaralı var

22:21 - 29 Sentyabr 2025 tarixində dərc olunub.

Madaqaskarda kütləvi iğtişaşlar zamanı azı 22 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk mənbəyə istinadən açıqlama verib.

Təşkilatın internet saytında yayımlanan açıqlamada "Madaqaskarda keçirilən nümayişlərə təhlükəsizlik qüvvələrinin sərt reaksiyası məni şoka salıb" deyib.
"Ən azı 22 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Ölənlər arasında təhlükəsizlik qüvvələri tərəfindən öldürülən etirazçılar və ətrafdakılar, habelə iğtişaşlar və talan zamanı həlak olanlar var".

Müəllif: Ucnoqta.az redaksiyası