Ucnoqta.az
www.ucnoqta.az

Pxenyanın nüvə silahı Koreya yarımadasında sülhə zəmanət verir - XİN

20:38 - 29 Sentyabr 2025 tarixində dərc olunub.

Şimali Koreyanın strateji çəkindirici qüvvələri Koreya yarımadasında sülhə və güc balansına zəmanət verir.

Ucnoqta.az xəbər verir ki, bunu BMT Baş Assambleyasının 80-ci sessiyasının ümumi müzakirələrində çıxış edən Şimali Koreyanın xarici işlər nazirinin müavini Kim Sonq Kyonq deyib.

“Koreya yarımadasındakı mürəkkəb vəziyyətə baxmayaraq, silahlar səssiz qalır, sülh və təhlükəsizliyə möhkəm zəmanət verilir. Bu, danılmaz reallıqdır ki, ölkəmiz ABŞ və müttəfiqlərinin artan təhdid və təcavüzü ilə mütənasib olan çəkindirmə qabiliyyətinə malikdir”, - Kim Sonq Kyonq bildirib.

Onun sözlərinə görə, Şimali Koreyanın nüvə potensialı Pxenyanın əleyhdarlarının “müharibə qızışdırmaq” istəyini boğur.

Kim Sonq Kyonq bəyan edib ki, Şimali Koreya öz konstitusiyasında regionda tarazlığı və davamlı sülhü qorumaq üçün nüvə çəkindirici qüvvələrinə xüsusi status təyin edib.

Müəllif: Ucnoqta.az redaksiyası