Ucnoqta.az
www.ucnoqta.az

AFFA topdaşıyanların sayına görə klubu cərimələdi

16:30 - 29 Sentyabr 2025 tarixində dərc olunub.

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Ucnoqta.az xəbər verir ki, qərara əsasən, 1-ci liqada III turun “Baku Sportinq” – “’Şimal” oyununda topdaşıyanların say limiti pozulduğuna görə “Baku Sportinq” komandası 600, MOİK – “’Zaqatala” oyununda “Zaqatala” komandasının nümayəndələrində “A buraxılışı” vəsiqəsi olmadığına görə “Zaqatala” komandası 300 manat cərimələnib.

Müəllif: Ucnoqta.az redaksiyası