Ucnoqta.az
www.ucnoqta.az

Paşinyan MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etməyəcək

11:25 - 29 Sentyabr 2025 tarixində dərc olunub.

Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan MDB Hökumət Başçıları Şurasının Minskdə keçiriləcək iclasında distant iştirak edəcək.

Ucnoqta.az bildirir ki, bu barədə TASS-a baş nazirin müavininin mətbuat xidmətindən məlumat verilib. Baş nazir Nikol Paşinyan iştirak etməyəcək.

"Baş nazirin müavini Mher Qriqoryan MDB Hökumət Başçıları Şurasının Minskdə videokonfrans formatında keçiriləcək iclasında iştirak edəcək", - mətbuat xidməti deyib.

Müəllif: Ucnoqta.az redaksiyası