Sumqayıtda 41 yaşlı qadın hamamda yıxılaraq ölüb.
Ucnoqta.az xəbər verir ki, Tağıyev qəsəbəsində yerləşən yataqxanada yaşayan 1984-cü il təvəllədlü Yeganə Qasımova ümumi hamam otağında yıxılıb.
Baş nahiyəsindən xəsarət alan Y.Qasımova ölüb.
Faktla bağlı araşdırma aparılır.