Ucnoqta.az
www.ucnoqta.az

İsmayıllıda toyda bəy bıçaqlandı

09:33 - 29 Sentyabr 2025 tarixində dərc olunub.

İsmayıllıda toyda bıçaqlanma hadisəsi olub.

Ucnoqta.az xəbər verir ki, hadisə Talıstan kəndində baş verib. 

Toy zamanı Səid adlı bəyi tanışlarından biri çölə çağıraraq ona bıçaq xəsarətləri yetirib. Bu zaman insident yaranıb və toyda iştirak edən daha 3 nəfər də bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən 2002-ci il təvəllüdlü Elşən Babayev polis tərəfindən müəyyən edilərək saxlanılıb. /// unikal

Müəllif: Ucnoqta.az redaksiyası