Ucnoqta.az
www.ucnoqta.az

Paytaxt yollarında tıxac var - SİYAHI

08:12 - 24 Sentyabr 2025 tarixində dərc olunub.

Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.
Hal-hazırda yollardakı vəziyyət:
 1. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
 2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
 3. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
 4. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
 5. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
 6. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
 7. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
 8. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
 9. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
 10. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
 11. Mirzə Qədim İrəvani küçəsi, Koroğlu Rəhimov küçəsi istiqamətində;
 12. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
 13. Koroğlu Rəhimov küçəsi, Mirzə Qədim İrəvani küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
 14. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;
 15. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;
 16. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

Müəllif: Ucnoqta.az redaksiyası