Ucnoqta.az
www.ucnoqta.az

Gürcü futbolçu "Qızıl top"a namizəddir - 12-ci yeri tutur

21:22 - 22 Sentyabr 2025 tarixində dərc olunub.

Fransanın "France Football" jurnalı tərəfindən 2024/25 mövsümü üçün dünyanın ən yaxşı futbolçusuna verilən "Qızıl top"un səsverməsində "Paris Sen-Jermen"in gürcü yarımmüdafiəçisi Xviça Kvaratsxeliya 12-ci olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə mükafatın mətbuat xidməti məlumat yayıb.

Ötən mövsüm Kvaratsxeliya PSJ ilə Fransa çempionu və Fransa kubokunun qalibi olub. Gürcüstanlı həm də Çempionlar Liqasının qalibi olub.

Ümumilikdə Kvaratsxeliya 2024/25 mövsümündə PSJ-nin heyətində 32 oyun keçirib, 8 qol vurub və 8 məhsuldar ötürmə edib. O, mövsümün ilk yarısını İtaliyanın "Napoli" klubunda keçirib, 19 matçda 5 qol vurub, 3 məhsuldar ötürmə verib.

Müəllif: Ucnoqta.az redaksiyası