Ucnoqta.az
www.ucnoqta.az

Geomaqnit qasırğası gözlənilir

13:48 - 22 Sentyabr 2025 tarixində dərc olunub.

Sentyabrın 22-də Yerdə geomaqnit qasırğasının pisləşəcəyi gözlənilir.

Bu barədə Rusiya Elmlər Akademiyasının Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

“Gün ərzində proqnoz: geomaqnit şərait – geomaqnit dalğalanmalarının gözlənildiyi bildirilir. Alovlanma aktivliyi – yavaş artan, Yer üçün orta səviyyəli risklərlə müşayiət olunur”, - məlumatda qeyd olunub.

Laboratoriyanın saytında yerləşdirilən qrafikə əsasən, maqnit qasırğalarının olma ehtimalı 51% təşkil edir.///trend

Müəllif: Ucnoqta.az redaksiyası