Ucnoqta.az
www.ucnoqta.az

Yaponiya Fələstinin tanınmasını nəzərdən keçirir

07:19 - 22 Sentyabr 2025 tarixində dərc olunub.

Hazırda Fələstini tanımaq planı olmayan Yaponiya hökuməti bunu nə vaxt tanıyıb-tanımayacağını düşünür.

Ucnoqta.az xəbər verir ki, bunu bəzi ölkələrin Fələstin dövlətçiliyinin tanınması ilə bağlı qərarlarını şərh edən Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi deyib.

"Ölkəmiz üçün məsələ onu dövlət kimi tanıyıb-tanımamaqda deyil, bunu nə vaxt etməkdir. Buna əsaslanaraq, gələcək prosesləri diqqətlə izləyəcək və bu məsələni diqqətlə nəzərdən keçirəcəyik" - Hayaşşi vurğulayıb.///tass

Müəllif: Ucnoqta.az redaksiyası