Ucnoqta.az
www.ucnoqta.az

Avstraliya Fələstin dövlətini tanıdı

18:37 - 21 Sentyabr 2025 tarixində dərc olunub.

Avstraliya Fələstin dövlətçiliyini rəsmən tanıyıb.

Ucnoqta.az xəbər verir ki, Avstraliyanın baş naziri Entoni Albanese bu barədə sentyabrın 21-də sosial şəbəkədəki səhifəsində məlumat verib.

"Bu gündən, 21 sentyabr 2025-ci il bazar günündən etibarən Avstraliya Birliyi müstəqil və suveren Fələstin Dövlətini rəsmi olaraq tanıyacaq", - Albanesenin dərc etdiyi bəyanatda deyilir.

Qeyd olunur ki, Avstraliyanın Fələstini tanıması Kanada və Böyük Britaniya ilə birlikdə koordinasiya edilmiş beynəlxalq səylərin bir hissəsidir.

Müəllif: Ucnoqta.az redaksiyası