Ucnoqta.az
www.ucnoqta.az

11-ci mərtəbədən yıxılan yeniyetmə öldü - Foto

15:01 - 20 Sentyabr 2025 tarixində dərc olunub.

 

Ötən gün Sumqayıt şəhərində yeniyetmə hündürlükdən yıxılıb.

“Qafqazinfo” xəbər verir ki, 2009-cu il təvəllüdlü Şərifov Cəsur Rəvan oğlu şəhərin 40-cı məhəlləsində yaşadığı binanın 11-ci mərtəbəsindən yerə yıxılıb. O, aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası