Ucnoqta.az
www.ucnoqta.az

Xəzər rayonunda 17 min manatlıq mal-qara oğurlanıb

12:18 - 19 Sentyabr 2025 tarixində dərc olunub.

Bakının Xəzər rayonunda 17 min manat dəyərində mal-qara oğurlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qabaqcadan əlbir olaraq cinayət əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı N.Novruzov və 21 yaşlı H.Vəlizadə saxlanılıblar.

Fakt üzrə araşdırmalar aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası