Ucnoqta.az
www.ucnoqta.az

Avro bahalaşıb, rubl ucuzlaşıb, dollar isə...

09:36 - 17 Sentyabr 2025 tarixində dərc olunub.

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, sentyabrın 17-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib. Rusiyanın 100 rublu 2,0430 manata kimi ucuzlaşıb, Türkiyə lirəsi 0,0412 manatadək, avro isə 2,0154 manata kimi bahalaşıb.

Müəllif: Ucnoqta.az redaksiyası