Ucnoqta.az
www.ucnoqta.az

Qubada azyaşlı qızın toy mərasimi ləğv edildi

11:37 - 13 Sentyabr 2025 tarixində dərc olunub.

Quba rayonunda 15 yaşlı qızın 1990-cı il təvəllüdlü şəxsə ərə verilməsinin qarşısı alınıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilb ki, Quba Rayon Polis Şöbəsində qanunsuz əməlin təşkilində təqsiri olan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

İstintaq tədbirləri davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası