Ucnoqta.az
www.ucnoqta.az

Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanılıb

10:24 - 12 Sentyabr 2025 tarixində dərc olunub.

Sentyabrın  11-də ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 172, o cümlədən borclu şəxs qismində axtarışda olan 151 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.  

Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

Müəllif: Ucnoqta.az redaksiyası