Ucnoqta.az
www.ucnoqta.az

Kamçatkada 4 bal gücündə zəlzələ baş verib

00:00 - 11 Sentyabr 2025 tarixində dərc olunub.

Mütəxəssislər Kamçatkanın cənubunda sahil yaxınlığında 5,3 bal gücündə zəlzələ qeydə alıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

Rayon sakinləri 4 bala qədər seysmik hadisə hiss ediblər. O, Kamçatkanın cənub sahili yaxınlığında 90 km məsafədə, təxminən 50 km dərinlikdə baş verib.

Müəllif: Ucnoqta.az redaksiyası