Ucnoqta.az
www.ucnoqta.az

Şəmkir sakini su arxında boğuldu

16:31 - 10 Sentyabr 2025 tarixində dərc olunub.

Şəmkirdə bədbəxt hadisə baş verib.

Ucnoqta.az xəbər verir ki, rayon ərazisində orta yaşlı kişi su arxına yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Müəllif: Ucnoqta.az redaksiyası