Avqustun 1-nə Ukraynadan Avropa İttifaqına daxil olan qaçqınların sayı 4,34 milyon nəfər təşkil edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının statistika agentliyi - Eurostat məlumat yayıb.
İyul ayı ərzində onların sayı 28,7 min nəfər və ya 0,7% artıb.
Onların əksəriyyəti Almaniyada - 1,2 milyon, Polşada - 993 min və Çexiyada - 380 mindir.