Ucnoqta.az
www.ucnoqta.az

Bu dəfə Polşa Azərbaycanın U-19 komandasını DARMADAĞIN ETDİ

15:32 - 9 Sentyabr 2025 tarixində dərc olunub.

Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası “Slovenia Nations Cup” yoldaşlıq turnirində üçüncü oyununa çıxıb.

Ucnoqta.az xəbər verir ki, U-19 sonuncu matçında Polşanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. “Çatez” stadionunda keçirilən görüş rəqibin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, millimiz ilk iki görüşdə İslandiya və Farer adaları yığmaları üzərində 2:1 hesablı qələbə qazanıb.

Müəllif: Ucnoqta.az redaksiyası