Ucnoqta.az
www.ucnoqta.az

Gəncədən Kəlbəcərə ilk avtobus reysi açıldı

11:29 - 9 Sentyabr 2025 tarixində dərc olunub.

Bu gündən etibarən Gəncə şəhərindən Kəlbəcər rayonuna ilk müntəzəm avtobus reysi açılıb.

Ucnoqta.az Teleqraf-a istinadən xəbər verir ki, ilk avtobus reysi Gəncə Beynalxalq Avtovağzalından yola düşüb.

Sərnişin avtobusu Goranboy-Naftalan-Suqovuşan-Ağdərə istiqamətindən hərəkət edəcək. Reys hər gün 08:30-dan Gəncə şəhərindən Kəlbəcərə gedəcək.

Müəllif: Ucnoqta.az redaksiyası