ABŞ prezidenti Donald Tramp sosial şəbəkə hesabında diqqətçəkən paylaşım edib.
Ucnoqta.az xəbər verir ki, Tramp Putin, Si Cinpin və Modinin birgə fotosunu yerləşdirərək ABŞ-nin Rusiya və Hindistanı “itirdiyini” deyib.
"Deyəsən biz Hindistan və Rusiyanı dərin, qaranlıq və sirli Çin imperiyasına itirmişik". - Tramp qeyd edib.
O, Rusiya, Hindistan və Çinə birlikdə "uzun və xoşbəxt" gələcək arzulayıb.