Ucnoqta.az
www.ucnoqta.az

Füzulidə yanğın törədən şəxs CƏRİMƏLƏNDİ

11:57 - 5 Sentyabr 2025 tarixində dərc olunub.

Sentyabr ayının 4-də Füzuli rayonunun Babı kəndinin ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Ucnoqta.az-a bildirilib ki, araşdırmalarla yanğını 23 yaşlı Ələkbər Fərəməzovun törətdiyi müəyyən olunub. Hadisə nəticəsində 1 hektar ərazidə əkin sahəsi yanıb.

Ə.Fərəməzov barəsində inzibati qanunvericiliyə uyğun olaraq 400 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.

Müəllif: Ucnoqta.az redaksiyası