Ucnoqta.az
www.ucnoqta.az

Müəllimlərin sertifikasiyasının müsahibə nəticələri açıqlandı

09:51 - 5 Sentyabr 2025 tarixində dərc olunub.

Müəllimlərin təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə dair məlumat onların şəxsi kabinetlərə göndərilib.

Bu barədə Ucnoqta.az-a Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən bildirilib.

Müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə nəticələri ilə tanış ola bilərlər.

Müəllif: Ucnoqta.az redaksiyası