Ucnoqta.az
www.ucnoqta.az

Tramp tennis üzrə ABŞ açıq çempionatını izləyəcək

07:48 - 5 Sentyabr 2025 tarixində dərc olunub.

Prezident Donald Tramp tennis üzrə ABŞ açıq çempionatının kişilər arasında final matçına qatılacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Athletic”ə Ağ Evin sözçüsü bildirib.

Oyun bazar günü baş tutacaq. Yarımfinal cütlərinin qalibləri oynayacaqlar: Karlos Alkaras (İspaniya) - Novak Cokoviç (Serbiya) və Jannik Sinner (İtaliya) - Feliks Auger-Aliassime (Kanada).

Müəllif: Ucnoqta.az redaksiyası