Ucnoqta.az
www.ucnoqta.az

Gürcüstan özünün Ukrayna kimi istifadə olunmasına icazə verməyəcək - Kaxa Kaladze

13:39 - 4 Sentyabr 2025 tarixində dərc olunub.

Gürcüstan hakimiyyəti ölkənin Ukraynadan istifadə edildiyi kimi istifadə olunmasına imkan verməyəcək ki, hansı ki onun üçün ən ağır nəticələrə gətirib çıxarıb.

Ucnoqta.az xəbər verir ki, bunu hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze deyib.

"Biz öz siyasətimizlə, baxışlarımızla ölkəmizi qoruyuruq və ilk növbədə vətənimizin maraqlarının qorunduğu siyasət aparırıq. Biz heç kimə imkan verməyəcəyik ki, ölkəmizdən Ukraynadan istifadə edildiyi kimi istifadə etsin və təəssüf ki, Ukraynanın ən ağır nəticələrini yaşasın", - Kaladze jurnalistlərə deyib.

O, Gürcüstanı Rusiya ilə hərbi münaqişəyə sürükləməyə çalışdıqlarını da qeyd edib. “Baş nazirə, partiyanın sədrinə birbaşa təhdidlər olub ki, ölkədə ikinci cəbhə açılsın və bizi hər cür silahla təmin edək”, - Kaladze deyib.

Müəllif: Ucnoqta.az redaksiyası